Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev yaxın vaxtlarda Cənubi Qafqaza səfər edəcək. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Rusiya tərəfi tərəflərin yanaşmalarının yaxınlaşdırılması istiqamətində səylərini davam etdirəcək. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə İqor Xovayevin yaxın zamanda regiona (Cənubi Qafqaz – İF) səfəri planlaşdırılır. Üçtərəfli görüşlərin keçirilməsi də mümkündür”, - deyə o bildirib.*
R.Kərimov