Qoşulmama Hərəkatına sədrlik 2024-cü ilin yanvar ayında Azərbaycandan Uqandaya keçəcək.
“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2024-cü ilin yanvar ayında Uqandaya təhvil verəcək”, - deyə Xarici İşlər Nazirliyindən bildirilib.
5-6 iyul 2023-cü il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasının yekun bəyannaməsində deyilir ki, sədrlik 2024-cü il yanvar ayının 15-20-də Uqandanın paytaxtı Kampala şəhərində keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının sammiti çərçivəsində təhvil veriləcək.
Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir.*
R.Kərimov