BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan hərbçilərinin Laçın yolundan çıxarılması tələbinə dair Ermənistanın vəsatətini rədd edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Laçın nəzarət-buraxılış məntəqəsinin qeyri-qanuniliyinə və Azərbaycan Respublikasının bütün silahlı şəxslərinin Laçın yolundan çıxarılması tələbinə dair Ermənistanın 2023-cü il 12 may tarixli vəsatətini rədd edib”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov