Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını alqışlayır.
“Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral tarixli Qərarında dəyişiklik edilməsi ilə bağlı Ermənistanın tələbinin ədalətli şəkildə rədd edilməsinə dair məhkəmə qərarını alqışlayır. Bu, yekdil qərar olub”, - deyə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün tviterdə yazıb.
Qeyd edək ki, Azərbaycan XİN BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın nəzarət-buraxılış məntəqəsinin qeyri-qanuniliyinə və Azərbaycan Respublikasının bütün silahlı şəxslərinin Laçın yolundan çıxarılması tələbinə dair Ermənistanın 2023-cü il 12 may tarixli vəsatətini rədd etməsi ilə bağlı məlumat yayıb.*
R.Kərimov