Albaniya Azərbaycanla viza rejiminin tezliklə ləğv olunacağına ümid edir və bu, iki ölkə arasında əməkdaşlığın və turizmin inkişafına kömək edəcək. Bunu Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Turizmə gəldikdə, ölkələrimiz bu sahəni prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab edir. Bu səbəbdən əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır. Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. Qeyd etdiyim kimi, Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir və o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcəkdir”, - deyə Beqay bildirib.
O, həmçinin deyib ki, 2024-cü ildə Bakıda Azərbaycan-Albaniya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.*
B.Rüstəmbəyov