“AZƏR TOXUM” MMC nizamnamə kapitalının 18,9 milyon manatdan 16 milyon 140,94 min manata qədər, yəni 14,6% azaldıldığını elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, şirkət nizamnamə kapitalının azaldılmasının səbəblərini açıqlamır.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini bildirə bilərlər.*
R.Əhmədov