Bakı Dövlət Universitetinin (BDU) tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin quraşdırılması işlərinin satın alınmasına 3,3 milyon manatdan artıq vəsait yönəldiləcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, müvafiq tenderin qalibi “FİRE ALARM” MMC olub.
Müqavilənin dəyəri 3 milyon 367 min 814,97 manatdır.
İşlərin yerinə yetirilmə müddəti 6 aydır.*
R.Əhmədov