Azərbaycan və Tacikistan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də yazıb.
“Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikirlərimizi bölüşdük”, - deyə Cabbarov bildirib.*
V.Əliyev