İyulun 7-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ermənistanlı həmkarı Vahe Gevorkyan arasında görüş keçirilib.
RF Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas aspektləri, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Xüsusilə Laçın yolu və Qarabağdakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişatı təhlil edilib. 2020-2022-ci illərdə yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin aktivləşdirilməsinin zəruriliyi qeyd olunub.*
V.Əliyev