Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi 2024-cü il üçün beynəlxalq daşımalar üzrə icazə kvotasını razılaşdırıb.
Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyinin yaydığı məlumata görə, qərar beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Ukrayna Qarışıq Komissiyasının iclasında qəbul edilib.
Ukrayna və Azərbaycan 2024-cü il üçün hər ölkə üzrə universal icazələrin 88% artırılması, tranzit daşıma üçün ayrıca icazələrin mübadiləsi imkanı, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınmasına icazələrin verilməsi ilə bağlı razılığa gəlib.
Gələn il üçün daşıyıcılar üçün kvota hər ölkə üçün 11550 icazə olacaq. Bunlardan 6000-i universal, 5000-i tranzit, 500-ü üçüncü ölkələrə və ölkələrdən daşınma, 50-si sərnişin daşınması üçün universal icazədir.
Bundan əlavə, bu il 2000 ədəd həcmində universal icazə kvotasının mübadilə edilməsi qərara alınıb.*
V.Əliyev