Azərbaycan “Dəngərə” Azad İqtisadi Zonasında yerləşən zavodda emal olunmaq üçün Tacikistana neft nəql etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Amin Zavkizoda Bakıda keçirdiyi görüşlərdə ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılaşmaları müzakirə edib.
Bundan başqa, “Tacik Alüminium Şirkəti” ASC-nin yenidənqurulması üçün kapitalın cəlb edilməsi, Tacikistandan Azərbaycana alüminium, kriolit ixracı, Azərbaycandan Tacikistana gil-torpaq idxalı, kənd təsərrüfatı məhsullarının emalı, turizmin inkişafı, Tacikistandakı yataqların kəşfiyyatı və ikitərəfli ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.*
R.Əhmədov