İyulun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının ölkəmizdəki səfiri Rustam Soli ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Bayramov və Soli iki ölkə arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu münasibətlərin iki dost xalqın maraqları çərçivəsində bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.*
R.Əhmədov