Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir. Bunu bu gün jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, bu müddət ərzində iki ölkənin liderləri səviyyəsində bir neçə dəfə görüş olub.
“Eyni zamanda, xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub”, - deyə o bildirib.
XİN başçısı əlavə edib ki, tərəflər kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparır.*
V.Əliyev