İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün tibbi avadanlıqların satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi “JBA Group” MMC olub.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, müqavilənin dəyəri 1 milyon 393,757 min manatdır.
Tibbi avadanlıqların tədarük müddəti 2023-cü ilin sonunadək olan dövrü əhatə edir.*
R.Əhmədov