Fransa Ukraynaya hərbi yardımı artıracaq, yeni tədarüklər hazırlanır. Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna “RFI” radiostansiyasının efirində deyib.
Onun sözlərinə görə, Fransanın dəstəyi Ukrayna hakimiyyətinin ifadə etdiyi ehtiyacların ödənilməsinə yönəlib.
“Bu dəstək davam edəcək və artırılacaq. Ukraynanın ifadə etdiyi ən vacib ehtiyaclar daim nəzərə alınmaqla yeni hərbi yardım göndərişləri hazırlanır”, - deyə nazir bildirib.
Kolonna, həmçinin əlavə edib ki, Fransa tərəfdaşları ilə birlikdə Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsi üzərində işləyir.*
V.Əliyev