Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, NATO sammitində Avropa ölkələrini Türkiyənin Aİ-yə yolunun açılmasına çağıracaq, o zaman İsveçin NATO-ya üzvlüyü də mümkün olacaq.
«Öncə Türkiyənin Aİ-yə üzv olması üçün yol açın, sonra isə İsveçin (NATO-ya üzv olmaq üçün) müraciəti üçün yolu təmizləyəcəyik, Finlandiya ilə olduğu kimi», - Anadolu» agentliyi bazar ertəsi Ərdoğanın sözlərindən sitat gətirir.
O qeyd edib ki, NATO-ya üzv olmaq prosesi həmçinin İsveçin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır. **