Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcüd dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərinə “Konsept Holdong” MMC-ni cəlb edib.
İşlər Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması məqsədilə həyata keçirilməlidir.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, şirkətlə 720,3 min manat dəyərində müqavilə imzalanıb.
Müqavilə üzrə işlər bir il ərzində yerinə yetirilmılidir. **
R.Kərimov