Polşa müdafiə sahəsinə vəsait ayrılması səviyyəsi üzrə NATO-nun lider ölkəsidir. Bu barədə bazar ertəsi Polşa prezidenti Andjey Duda məlumat verib.
"Bu il müdafiə üzrə büdcə ÜDM-in təxminən 3,9%-ni təşkil edir. Beləliklə, müdafiə sahəsinə vəsaitə gəldikdə, biz alyansın lideriyik", - Polşa radiosu Dudanın sözlərindən sitat gətirir. **