Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv olmaq üçün İsveçin müraciətini ən qısa müddətdə səsvermə üçün Türkiyə parlamentinə göndərməyə razılıq verib. Bu barədə alyansın baş katibi Yens Stoltenberq bazar ertəsi bəyan edib.
«Prezident Ərdoğanın İsveçin üzvlüyü haqqında protokolu Türkiyə Böyük Millət Məclisinə göndərməyə və protokolun ratifikasiyasının təmin edilməsi məsələsi ilə bağlı iclasla sıx işləməyə razılıq verdiyini elan etməkdən məmnunam», - Stoltenberq Vilnüsdə Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfrində bildirib.
Lakin Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı parlamentin nə zaman səs verəcəyini bilmir.
«Məndə dəqiq tarix yoxdur (...), amma prezident dedi ki, bunu mümkün qədər tez edəcəklər», - baş katib izah edib. **