2023-cü ilin iyun ayında Azərbaycanda gündəlik 500 min barel neft (2023-cü ilin may ayında 500 min barel) hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2023-cü ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel (mayda - 612 min barel) olub. Bunun 500 min barelini xam neft, 110 min barelini isə kondensat təşkil edib”, - nazirlikdən bildirilir.
2023-cü ilin sonunadək OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir. Beləliklə, Azərbaycan iyunda OPEC+ sazişi çərçivəsində öhdəliyini 136,8% yerinə yetirib (OPEC+ kvotasından 184 min barel geri qalıb – İF).**
N.Abbasova