Azərbaycana orta illik ÜDM-in 3,5%-i zamanı adambaşına ÜDM göstəricisi üzrə bazarı formalaşmış Avropa ölkələrindən (BFAÖ) geriliyin aradan qaldırılması üçün 18 il lazım olacaq. Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri belə hesab edirlər.
«İnterfaks-Azərbaycan»ın məlumatına görə, bu cür qiymətləndirmələr BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin hazırladığı «Qafqazda və Mərkəzi Asiyada daha davamlı, inklüziv və ekoloji cəhətdən təmiz iqtisadiyyata yol» icmalında yer alıb.
İcmala əsasən, 2021-ci ilin yekunları üzrə Azərbacanda adambaşına ÜDM-in $13,774 min (Qazaxıstan, Türkmənistan və Gürcüstandan sonra 4-cü göstərici) təşkil edib.
“QMA regionunda iqtisadi artım templəri BFAÖ-dən daha yüksək olmağına baxmayaraq, QMA-da əhalinin kəskin artımı səbəbindən onların gəlirlərinin yaxınlaşması üçün kifayət deyil. Son 6 ail ərzində bəzi QMA ölkələrində hətta BFAÖ-yə nisbətən gəlirlərin uyğunsuzluğunun artması qeyd olunub, əgər regionda istehsalın potensial həcmi və iqtisadi artım templəri artmasa, onların yaxınlaşması sürətlənməyə bilər”, - deyə BVF-də hesab edirlər.
BVF-nin qiymətləndirmələrinə görə, Gürcüstana BFA ölkələrindən geriliyin aradan qaldırılması üçün 10 il, Ermənistana isə - 14 il lazım olacaq.
Bununla yanaşı, Dünya Bankının qiymətləndirmələrinə əsasən, Qafqaz ölkələri arasında 2040-cı ilə qədər Azərbaycanda əhalinin təxminən 9% artımı proqnozlaşdırılır, Ermənistan və Gürcüstanda isə əhalinin 5% azalması gözlənilir.
BVF Azərbaycanla bağlı müsbət məqamlar arasında nəqliyyat infrastrukturu üzrə yüksək reytinqi qeyd edir. Bundan başqa, Azərbaycanın sosial müdafiə xərcləri üzrə yüksək göstəriciləri var (ildə ÜDM-in 4%-i), bu göstəriciyə görə ölkə regionda ikinci yeri tutur (yalnız Gürcüstanda yüksəkdir).
Eyni zamanda Azərbaycan insan kapitalının inkişaf göstəricilərinə, tədqiqatlara və infrastruktura görə regionun digər ölkələrindən geridə qalır.
«Mərkəzi Asiyanın bütün ölkələri və Azərbaycan özəlləşdirmə, müəssisələrin yenidən qurulması və korporativ idarəetmənin yaxşılaşdırılması, habelə ticarət və valyuta bazarlarının islahatları hesabına da fayda əldə edə bilər», - BVF-də hesab edirlər.
Fondun qiymətləndirmələrinə görə, Azərbaycan regionda dövlət investisiyalarının payı yüksək olan ölkələr qrupuna aiddir. Xüsusilə, 2010-2020-cu illərdə dövlət investisiyaları ÜDM-in təxminən 14%-ni təşkil edib, Ermənistan, Qazaxıstan və Türkmənistanda isə dövlət investisiyaları yalnız ÜDM-in 4-6%-i səviyyəsində olub, bu da BFAÖ-nin səviyyəsinə yaxındır.
BVF-də vurğulayırlar ki, QMA-nın əksər ölkələri kommunal təsərrüfat infrastrukturunun göstəricilərinə görə BFAÖ və ya iqtisadiyyatı inkişaf etmiş ölkələrdən yalnız bir az geridə qalır; son illərdə sürətli artıma baxmayaraq, QMA ölkələrinin əksəriyyəti IKT-nin inkişafına görə hələ də geriliyir.
İcmala əsasən, QMA regionu iqlim dəyişikliyinə qarşı xüsusilə həssasdır. “Temperaturun artması və daha tez-tez və güclü təhlükəli iqlim hadisələri iqtisadiyyatı xüsusilə Mərkəzi Asiyada kənd təsərrüfatı, enerji, dağ-mədən sənayesi və turizm kimi havanın təsirinə məruz qalan sektorlarda cəmləşməsi ilə səciyyələnən QMA ölkələri üçün risk yaradır», - Fondda qeyd edirlər.
BVF-də hesab edirlər ki, QMA regionunda neft ixrac edən ölkələrə bərpa olunan elektrik enerjisi mənbələrinə investisiya tələb olunacaq. «Azərbaycan, Qazaxıstan və Özbəkistan istehsal edilən elektrik enerjisindəki bərpa olunan mənbələrin payını 2030-cu ilə qədər 15-30%-ə, 2050-2060-cı illərə qədər təxminən 50%-ə qaldırmağı öhdələrinə götürüblər», - icmalda vurğulanıb.
QMA-nın neft ixrac edən ölkələrində keçid riskləri iqtisadiyyatın karbohidrogen resurslarına dayaq ilə diversifikasiyası hesabına əhəmiyyətli dərəcədə azaldıla bilər, bunun üçün qeyri-neft sektorunun məhsuldarlığını artırmaq, regional inteqrasiyanı dəstəkləmək və qlobal dəyər istehsal zəncirlərinə daxil etmək məqsədilə struktur islahatlar tələb olunacaq. Prioritet istiqamətlərə idarəetmə keyfiyyəti, qanunun aliliyi, rəqabət, infrastruktur, ticarət və ekoloji cəhətdən təmiz elektrik enerjisi daxildir. **
A.Əzizov