2023-cü ilIn birinci yarısında Hesablama Palatasının saxlanması xərcləri 4 milyon 104,227 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası 10 milyon 625,965 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, vəsaitlərin 38,6%-i istifadə olunub.
Yanvar-iyun aylarında vəsaitlərin əsas həcmi Hesablama Palatası işçilərinin əməkhaqqının ödənilməsinə yönəldilib. Bu məbləğ 2 milyon 663,874 min manat və ya 6 ay ərzində Palatanın bütün xərclərinin 64,9%-ni təşkil edib.
Bundan başqa, məcburi dövlət sosial sığorta haqları 672,39 min manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişləri 371,835 min manat, ölkədaxili ezamiyyə xərcləri 44,276 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib.**
B.Rüstəmbəyov