Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Sus yaşayış məntəqəsinin (Şərqi Zəngəzur iqtisadi rayonu) salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərinə “Konsept Holding” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, şirkətlə 335,997 min manat dəyərində müvafiq müqavilə imzalanıb.
Müqavilə üzrə işlərin icra müddəti – 2023-cü il iyulun 7-dən noyabrın 7-dək. **
R.Kərimov