Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistandan Azərbaycanın Qarabağ regionuna üzərinə BQXK emblemi vurulmuş nəqliyyat vasitələriinin sürücüləri tərəfindən bəyan edilməmiş məhsulların keçirilməsi faktını etiraf edib.
Komitədən qeyd olunub ki, qaçaqmalların keçirilməsi cəhdləri qəbuledilməzdir və vurğulanıb ki, BQXK belə fəaliyyətləri dəstəkləmir.
Təşkilatın bəyanatında deyilir ki, “BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib. Bütün yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır”.
“Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”, - Komitənin bəyanatında deyilir.
Komitədən qeyd olunub ki, BQXK-nin Laçın yolu boyu gördüyü işlər “hər zaman humanitar xarakter daşıyır”.
Öncə çərşənbə axşamı Dövlət Sərhəd Xidməti məlumat verib ki, mobil telefonlar, siqaret, yanacaq və s. malların qaçaqmalçılıq faktları ilə əlaqədar “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb. **
R.Kərimov