2023-cü ildə Azərbaycanın dövlət büdcəsi rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bizim builki dövlət büdcəmiz rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik”, - Əliyev çərşənbə axşamı 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan büdcəsinin həcmi 36 milyard manatdan çoxdur.
“Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”, - dövlət başçısı vurğulayıb. **
B.Rüstəmbəyov