Nəzərdə tutulmuş investisiya proqramı əsasında 2023-cü ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurun bərpasına xərclər 12 milyard manata yaxın təşkil edəcək. Bu barədə prezidenti İlham Əliyev bəyan edib.
“Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”, - Əliyev çərşənbə axşamı 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı vurğulayıb ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir.
“İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”, - prezident qeyd edib. **
B.Rüstəmbəyov