Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, 2023-cü ilin yekunları üzrə ölkədə inflyasiya 10%-dən aşağı düşə bilər.
“Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər”, - Əliyev çərşənbə axşamı 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
Onun sözlərinə görə, yüksək inflyasiya təbii səbəblərlə yanaşı, subyektiv səbəblərlə əlaqədardır. «Onlar (səbəblər - İF) daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12% səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”, - Əliyev əlavə edib.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. İqtisadiyyat Nazirliyi 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 10,4% səviyyəsində proqnozlaşdırır.**
A.Əzizov