Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası nəzərdə tutulan planlardan daha sürətlə icra edilir.
“Deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik”, - Əliyev çərşənbə axşamı 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
Onun sözləörinə görə, bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. “Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində (2026-cı ilin sonunadək - İF) 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”, - prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, cəmi səkkiz ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə bərpa edilib. Eyni zamanda, 700-dən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır.
Əliyev əlavə edib ki, Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacaq. **
R.Əhmədov