İsrailin müdafiə naziri Yoav Qalant çərşənbə günü Azərbaycana səfərə yola düşəcək. Bu barədə i24NEWS nəşri İsrail Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, iyulun 14-dək davam edəcək səfər zamanı Qalantın Azərbaycan prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.
"Azərbaycana səfərin məqsədi strateji münasibətlərin və siyasi əməkdaşlığın möhkəmləndirilməsidir. Müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir", - nəşr vurğulayır.**
R.Kərimov