Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 3 milyard 75 milyon 365,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-iyun aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 539 milyon 750,8min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 21% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 186 milyon 168 min manat (artım 21,6%), aksizlər üzrə 97 milyon 361,5 min manat (artım 39,3%), yol vergisi üzrə 23 milyon 92,3 min manat (azalma 19,5%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 768 milyon 744,1 min manat (artım 20,4%) məbləğində olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5 milyard 728 milyon manat təşkil edir. **
B.Rüstəmbəyov