2023-cü ilin iyun ayında Azərbaycanda deflyasiya 0,9% (mayda 0,4%) səviyyəsində qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“İyun ayında ayında deflyasiya 0,9% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,1% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1%, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1% bahalaşıb”, - Komitədən bildirilir.
2023-cü ilin iyun ayında inflyasiya (12 aylıq) 2022-ci ilin aiyun ayı ilə müqayisədə 10,6% təşkil edib. Eyni zamanda, 2023-cü ilin iyun ayında ərzaq məhsullarının 11,3%, qeyri-ərzaq malları 10,3%, əhaliyə göstərilən ödənişli xidmətlər 9,8% bahalaşıb.
Statistik məlumatlara görə, iyunda ət və ət məhsulları 0,7%, mürəbbə, bal, şokolad və konfetlər – 0,3%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2% bahalaşıb.
İyun ayında süd məhsulları, spirtki içkilər və tütün məmulatlarının qiyməti dəyişməyib.
İyunda çörək və çörək məmulatları, yarmalar 0,5%, balıq və balıq məhsulları – 0,4%, yumurta – 1,5%, kərə və bitki yağı – 1,1%, tərəvəz – 12,6%, meyvə - 3,5%, çay, kofe və kakako – 0,1% ucuzlaşıb.
Statistik məlumatlara əsasən, iyunun sonuna orta illik inflyasiya mayın sonuna 13,1%-ə qarşı 12,7%-dək azalıb. Həmçinin, ərzaq mallarına qiymətlərin orta illik artımı 15,1%, qeyri-ərzaq mallarına – 11,4%, xidmətlərə - 10,5% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 10,4% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. **
N.Abbasova