Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın alyansa üzvlük istiqamətində Fəaliyyət planından imtinanı NATO sammitinin vacib nəticəsi adlandırıb.
«Ukraynanın üzvlük üzrə Fəaliyyət planına ehtiyacı olmamasının etirafı vacib nəticədir», - Ukrayna mediası onun çərşənbə günü Vilnüsdə keçirdiyi mətbuat konfransında verdiyi açıqlamadan sitat gətirir.
«Düşünürəm ki, bu, Ukrayna üçün sammitdə uğurdur», - o deyib.
«Sammitin nəticələrinin yaxşı olduğunu qeyd edə bilərik, lakin dəvət olsaydı (NATO-ya), nəticələr mükəmməl olardı», - Zelenski yekun vurub. **