2023-cü ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 16,6% artaraq 3 milyard 271 milyon manat təşkil edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin, gəlirlər proqnozdan 6% və ya 197 milyon manat çox olub.
Məlumata əsasən, məcburi dövlət sosial sığorta üzrə daxilolmalar proqnozu 8% və ya 198 milyon manat ötərək 2 milyard 531 milyon manat təşkil edib.
Birinci yarımillikdə Fondun xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% və ya 418 milyon manat artaraq 3 milyard 9 milyon manat təşkil edib.
DSMF-nin 2023-cü il üçün kəsirsiz büdcəsi 6 milyard 267,97 milyon manat səviyyəsində təsdiqlənib.**
X.Nəsirzadə