NATO ölkələri arasında Ukraynanın alyansa qoşulmasının əleyhdarları yoxdur, yeganə məsələ isə nə vaxt baş verəcəyidir. Bu barədə İtaliya XİN başçısı Antonio Tayani çərşənbə günü bəyan edib.
"Əslində, Ukraynanı NATO-ya qəbul etmək qərarı artıq qəbul edilib. Məsələ yalnız bunun nə vaxt baş verəcəyidir", - İtaliya mediası onun sözlərindən sitat gətirir.
Tayani qeyd edib ki, NATO-da Kiyevin hərbi əməliyyatlar başa çatana qədər ittifaqa qoşula bilməməsi barədə razılıq da var.
"Bu döyüş əməliyyatları zamanı baş verə bilməz, çünki əks halda münaqişənin eskalasiyası riski ilə üzləşərdik. Hamımız düşündük ki, münaqişə başa çatdıqdan sonra Ukraynanı NATO-ya qəbul etmək lazımdır", - nazir deyib. **