Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Aİ Şurasına sədrlik edən İspaniyanın baş naziri Pedro Sançesi Ankaranın Avropa İttifaqına qoşulması prosesinin aktivləşdirilməsinə kömək etməyə çağırıb. Bu barədə EFE Agentliyi xəbər verir.
Məlumata görə, Ərdoğan NATO sammitinin keçirildiyi Vilnüsdə Sançeslə görüş zamnaı bu xahişlə müraciət edib.
İspaniya diplomatik mənbələri EFE-yə məlumat veriblər ki, Sançes öz növbəsində həmsöhbətinə konkret vədlər verməyib və izah edib ki, bu halda Aİ-yə bütün üzv ölkələr birlikdə qərar verməlidirlər. **