Çərşənbə günü Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən iki dövlətin sərhədində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat verib.
“İyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri (Azərbaycan-Ermənistan sərhədində - İF) istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə “adekvat cavab tədbirlərigörülüb”. **
R.Kərimov