G7 ölkələri təhlükəsizlik sahəsində ikitərəfli zəmanətlər barədə Ukrayna ilə danışıqlar aparacaq, həmçinin Kiyevə silahlı qüvvələrinin möhkəmləndirilməsində kömək edəcəklər. Bu barədə çərşənbə günü ABŞ prezidenti Co Bayden bəyan edib.
«G7 ölkələri və iştirak etmək istəyən digər bir ölkə təhlükəsizlik sahəsində uzunmüddətli ikitərəfli öhdəliklər barədə Ukrayna ilə danışıqlar aparacaq», - o, digər G7 liderləri ilə keçirdiyi mətbuat konfransında bildirib.
«Biz Ukraynaya yerdə, havada, dənizdə güclü effektiv müdafiə yaratmağa kömək edəcəyik», - o davam edib.
O əlavə edib ki, G7 Ukraynaya lazım olduğu qədər kömək edəcək. **