«Yeddilər qrupu» (G7) ölkələri Ukraynanı dəstəkləyərək eyni zamanda, Kiyevin təhlükəsizlik sahələrində tərəfdaşlığa sadiq qalacağını və bir sıra öhdəlikləri öz üzərinə götürəcəyini gözləyirlər.
Xüsusilə, G7-də Kiyevin «hüququn tətbiqi, hüquqşünaslıq, korrupsiyaya qarşı mübarizə, iqtisadiyyat, təhlükəsizlik və dövlət idarəçiliyi, insan hüquqlarının müdafiəsi və mətbuat azadlığı sahələrində islahatları» davam etdirməsini zəruri hesab edirlər. Bu barədə çərşənbə günü G7 ölkələrinin dərc etdiyi birgə bəyannamədə deyilir.
Bundan başqa, sənəddə qeyd olunur ki, “Kiyev demokratik vətəndaş nəzarəti altında müdafiə sahəsində islahatlar aparmalıdır”. **