Türkiyə «taxıl sazişi”nin uzadılması üçün səy göstərməyə davam edəcək. Bu barədə çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
«Ukrayna prezidenti Vladimir Zelenski bu sazişin uzadılmasının tərəfdarıdır, Rusiya prezidenti Vladimir Putinin isə bununla əlaqədar bir neçə tövsiyəsi var. Biz həmin tövsiyyələri nəzərə alacağıq və bu sazişin uzadılması üçün həll tapmaq üçün işləməyə davam edəcəyik», - Türkiyənin TRT World telekanalı Ərdoğanın sözlərindən sitat gətirir.
Ərdoğan xatırladıb ki, Türkiyənin də səyləri hesabına «taxıl sazişi» iki dəfə uzadılıb, bu müddət ərzində dünya bazarlarına 33 milyon tondan çox kənd təsərrüfatı məhsulu tədarük edilib.
Qara dəniz taxıl təşəbbüsünün hazırki müddəti iyulun 17-də başa çatır. **