BMT-nin baş katibi Antoniu Quterriş çərşənbə axşamı RF prezidenti Vladimir Putinə Qara dəniz taxıl sazişi təşəbbüsünün qorunması üztə təklif ilə məktub ünvanlayıb. Bu barədə çərşənbə günü baş katibin nümayəndəsi Stefan Dyujarrik məlumat verib.
«Baş katib dünən Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayaraq, qarşılıqlı anlayış memorandumunun (RF ilə BMT arasında - İF) gələcəkdə zəruri icrasının razılaşdırılmasına yönələn və mühüm Qara dəniz sazişinin fəaliyyətini qorumaq məqsədi daşıyan təklifi izah edib», - Dyujarrik brifinqdə deyib. **