Rusiya Vilnüsdə keçirilən NATO sammitinin nəticələrini təhlil edəcək və aşkar olunan çağırışlar və Moskvanın maraqlarına təhlükəsizlik təhdidləri nəzərə alınaraq bütün mövcud vasitə və üsulların tətbiqi ilə müvafiq reaksiya verəcək. Bu barədə RF XİN-dən bəyan ediblər.
"Vilnüs sammitinin nəticələri diqqətlə təhlil ediləcək. Rusiyanın təhlükəsizlik və maraqlarına qarşı aşkar olunan çağırış və təhdidləri nəzərə alaraq, sərəncamımızda mövcud olan bütün vasitə və üsulların tətbiqi ilə vaxtında və müvafiq şəkildə reaksiya verəcəyik", - çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
«Artıq qəbul edilmiş qərarlara əlavə olaraq ölkənin hərbi təşkilini və müdafiə sisteminin möhkəmləndirilməsini davam etdirəcəyik», - Smolensk meydanında vurğulayıblar. **