ABŞ dövlət katibi Entoni Blinken məlumat verib ki, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
"Bu gün (çərşənbə günü - İF) Azərbaycan prezidenti Əliyevlə danışdım, Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün ABŞ-ın qətiyyətli dəstəyi barədə bir daha bəyan etdim. ABŞ bu müzakirələrin aparılmasına kömək etməyə sadiqdir", - Blinken Twitter-də yazıb. **
R.Kərimov