Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev İsrailin müdafiə naziri Yoav Qallantı qəbul edib.
Dövlət başçısının saytında qeyd olunur ki, “söhbət zamanı ikitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edildi”.
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olundu.
Bundan başqa, Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı. **
R.Kərimov