2023-cü ilin yanvar-may aylarında Azərbaycan əhalisinin sayı 20 min 912 nəfər və ya 0,2% artaraq 2023-cü il iyunun 1-nə 10 milyon 148,057 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvar-may aylarında ölkə üzrə 46 min 544 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 7,4% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,1%, qızların xüsusi çəkisi isə 46,9% olub. Körpələrin 1,360-ı əkiz, 72-si üçəm, 4-ü dördəmdir.
Bu dövrdə 26 min 150 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,2 (2022-ci ilin yanvar-may aylarında 6,7 - İF) təşkil edib.
Cari ilin yanvar-may aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 19,381 min nikah (2022-ci ilin yanvar-may ayları ilə müqayisədə azalma 17,1%) və 9,040 min boşanma halı (artım 43%) qeydə alınıb. **
R.Kərimov