2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 37 milyard 871,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 14,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-ci il iyunun sonuna Azərbaycanda orta illik inflyasiya 12,7% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 14% - 3 min 734 manatadək artıb.
Yanvar-iyun aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 33 milyard 424,9 milyon manat qalır ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 14,7% çoxdur.**
X.Nəsirzadə