İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 530,5 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7% və ya 304,9 milyon manat artıb. Həmçinin özəl sektordan daxilolmalar 1,6 milyard manat (+16%) təşkil edib.
İşsizlikdən icbari sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 15,3% artaraq 88,8 milyon manat, həmçinin özəl sektordan daxilolamalr – 65 milyon manat (+16,3%) olub.
Yanvar-iyun aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,2% artaraq 452,2 milyon manat, həmçinin özəl sektordan daxilolmalar – 314,6 milyon manat (+21%) təşkil edib.**
X.Nəsirzadə