Ukraynanı müharibə dövründə istənilən digər ölkə kimi NATO-ya qəbul etmək mümkün deyil. Bu barədə ABŞ prezidenti Co Bayden bəyan edib.
"Hərbi əməliyyatlar zamanı heç kim NATO-ya qoşula bilməz. Çünki əks təqdirdə müharibəyə cəlb oluna bilərdik. Üçüncü dünya müharibəsinə", - deyə o, Finlandiya prezidenti Sauli Niinistö ilə Helsinkidə keçirilən mətbuat konfransında bildirib.
Ukraynadakı hərbi əməliyyatların gedişi barədə danışan Bayden ehtimal edib ki, Rusiya «əbədi davam edə bilməyəcək», çünki onun rəyincə, bunun üçün ehtiyatları kifayət etməyəcək.
Jurnalistin sualına cavab verən Bayden «Rusiyanın nüvə silahı tətbiq etməsinin real imkanını» görmədiyinə əminlik ifadə edib. **