Azərbaycan Ermənistanın istənilən hərbi təxribatlarını ən sərt formada cavablandıracaq. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan əsgərinə qarşı heç bir təxribat cavabsız qalmayacaq və ən sərt formada cavablandırılacaq. Hər kəs, ilk növbədə, Ermənistan bunu başa düşməlidir”, - Bayramov cümə axşamı jurnalistlərə deyib.
Azərbaycan XİN başçısı vurğulayıb ki, bu cür təxribatlarla Ermənistan yalnız bir - danışıqlar prosesini pozmaq məqsədini güdür.
“Təxribatların törədilməsinin istənilən prosesə, görüşə və ya ümumilikdə danışıqlara yalnız mənfi təsiri ola bilər”, - Bayramov vurğulayıb. **
X.Nəsirzadə