Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen bəyan edib ki, Qara dəniz taxıl sazişinin uzadılması Rusiyadan asılıdır.
«Onun uzadılmasına görə məsuliyyət Rusiyanın üzərinə düşür və ya dünya ərzaq təhlükəsizliyinin nəticələri olacaq», - deyə o, cümə axşamı Brüsseldə BMT-nin baş katibi Antonio Quterrişlə görüş münasibətilə bildirib.
Bununla yanaşı, o, BMT-nin baş katibinə «Qara dəniz taxıl sazişi üzrə yorulmaz səylərinə görə» təşəkkür edib. **