Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın altıncı üçtərəfli görüşü iyulun 15-də Brüsseldə keçiriləcək. Bu barədə Aİ-nin rəsmi nümayəndəsi cümə axşamı jurnalistlərə məlumat verib.
"Bu proses təxminən, iki ildir davam edir. Hesab edirik ki, liderlər səviyyəsində qarşılıqlı əlaqə sülh yolu ilə həllə kömək etmək və münaqişənin eskalasiyasının qarşısını almaq üçün zəruridir. Danışıqlar zamanı gündəmdə duran bütün məsələlərə baxılacaq", - KİV-in həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, buna «humanitar məsələlər, sərhədin delimitasiyası, sülh müqaviləsi» daxildir.
O, həmçinin «Qarabağ erməniləri ilə bağlı humanitar məsələlərin» müzakirəsini ayrıca qeyd edib. **